Almaniya Ukraynaya daha 6 “Gepard” zenit qurğusu verdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya daha 6 “Gepard” zenit qurğusu verdi

Dünya

23 Sentyabr 2022 13:43 861


Almaniya Ukraynaya daha 6 ədəd “Gepard” özüyeriyən zenit qurğusu və onlar üçün 6000 ədəd mərmi təhvil verib. 

"Report" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin hesabatında deyilir.

Ukraynaya həmçinin 6 minə yaxın patron və 3 min 155 mm-lik mərmi təqdim edilib. Sezar pizza

Hazırda Ukraynaya döyüş sursatı ilə birgə 4 ədəd “Panzerhaubitze 2000” özüyeriyən artileriya qurğusunun, döyüş sursatı ilə birgə 2 ədəd MARS II reaktiv yaylım atəşi sisteminin, 50 ədəd “Dinqo” zirehli maşınının, IRIS-T SLM zenit-raket kompleksinin və s. verilməsi məsələsi müzakirə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!