Almaniyada deportasiyadan yayınan azərbaycanlılar saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada deportasiyadan yayınan azərbaycanlılar saxlanılıb

Sosial

16 Fevral 2023 14:13 675


Almaniya növbəti dəfə Azərbaycan vətəndaşlarının kütləvi deportasiyasını həyata keçirəcək.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, ölkənin Şimali Reyn Vestfaliya əyalətindən baş tutacaq deportasiya prosesində 40-a yaxın Azərbaycan vətəndaşının göndərilməsi nəzərdə tutulur.

Düsseldorf şəhər Polis Təşkilatından verilən məlumata görə, ötən gün həmin şəxslər Almaniyada saxlanılıb, Azərbaycana göndərilməsi üçün lazım olan prosedurlardan keçiriliblər. Ancaq bu zaman deportasiyadan yayınmaq istəyən iki azərbaycanlı yaşadıqları yataqxananı icazəsiz olaraq tərk edib. Dominos pizza

Yataqxana rəhbərliyi polisə məlumat verib. Həmin şəxslər Koblenz şəhərinə gedən qatarda polis tərəfindən saxlanılaraq, yerli miqrasiya idarəsinə təhvil veriliblər. Onlar bir ailənin 42 və 25 yaşlı üzvləridir.

Məlumat üçün bildirək ki, ötən həftə Almaniya Federal Daxili İşlər Nazirliyi və Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə sığınacaq müraciəti qəbul edilməyən və haqqında deportasiya qərarı olan şəxslərin geri göndərilməsi prosesini sürətləndirmək haqqında qərar qəbul ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!