Almaniyanın kəşfiyyat rəisi: “Kremlin təhdidlərinə hazır olmalıyıq”

saytların hazırlanması

Evə çatdırılma

Almaniyanın kəşfiyyat rəisi: “Kremlin təhdidlərinə hazır olmalıyıq”

Dünya

06 Oktyabr 2026 17:23 81


Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger Rusiyanın Avropaya yönəlmiş siyasəti və təhlükəsizlik təhdidləri ilə bağlı sensasion bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, təşkilat rəhbəri Moskva hökumətinin Almaniyaya qarşı gizli müharibə apardığını bildirərək, ölkəsinin Rusiya ilə birbaşa hərbi münaqişəyə cəlb olunmaq riski ilə üz-üzə qaldığını vurğulayıb.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, hazırda Berlin üçün Rusiyadan daha birbaşa və real hərbi-siyasi təhlükə mövcud deyil. Moskvadan gələn təhdidlərin getdikcə artdığını diqqətə çatdıran Yeger Baltikyanı regionda Rusiyanın məhdud miqyaslı hərbi əməliyyatlar həyata keçirmək ehtimalının olduğunu istisna etməyib. pizza mizza

BND rəhbəri xəbərdarlıq edib ki, Almaniya və müttəfiqləri Kremlin mümkün yeni nüvə təhdidlərinə və ssenarilərinə də tam hazır olmalıdırlar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!