Almanlar böhrandan çıxmağın yolunu tapıblar - Həftədə 4 gün işləyəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Almanlar böhrandan çıxmağın yolunu tapıblar - Həftədə 4 gün işləyəcəklər

Dünya

20 Avqust 2020 10:03 802


Almaniyada böhranın aradan qaldırılmasına kömək üçün iş həftəsinin dörd günə endirilməsi təklif olunub.

Yenisabah.az xəbər verir ki, belə bir təkliflə ölkənin Əmək naziri Hubertus Hayl çıxış edib.

Onun sözlərinə görə, qismən kompensasiya ödənişləri ilə iş həftəsinin azaldılması uyğun tədbir ola bilər. Hayl əsas şərtin sosial tərəfdaşların razılığı olduğunu qeyd edib:

“Böhrandan birlikdə çıxmaq üçün yaxşı və praktik düşüncələrə ehtiyacımız var”.

IG Metall sənaye birliyinin rəhbəri Yorq Hofman da hesab edir ki, dörd günlük iş həftəsi avtomobil sənayesi kimi sektorlarda struktur dəyişikliklərinə cavab verə biləcək və iş yerlərinin saxlanmasına kömək edəcək


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!