Almanlar evlərindən çıxa bilmir –   Rekord dərəcə

saytların hazırlanması

Evə çatdırılma

Almanlar evlərindən çıxa bilmir – Rekord dərəcə

Dünya

28 İyun 2026 13:54 77


Almaniyada ötən gecə havanın temperaturu 29,4 dərəcəyə qədər yüksələrək ölkənin meteoroloji müşahidə tarixində ən isti gecə kimi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, bu rekord Saksoniyanın şərqindəki Kubşüts qəsəbəsində qeydə alınıb.

İyunun 27-də isə ölkə ərazisində gündüz temperaturu yeni zirvəyə yüksələrək 41,5 dərəcəyə çatıb. Beləliklə, artıq ikinci gün ardıcıl olaraq maksimal temperatur həddi keçir. Bir gün əvvəl Saarbrükken-Burbax stansiyasında termometrlər 41,3 dərəcə göstərmişdi. pizza sifarişi

Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən belə ekstremal istilər və isti dalğaları gələcəkdə daha tez-tez təkrarlanacaq. Hazırda ölkənin şərq və qərb rayonlarında güclü tufan və fırtına riski ilə bağlı xəbərdarlıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!