Azərbaycan banklarının 2026-cı ilin ilk yarımili üzrə maliyyə hesabatlarına əsasən, banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcminə görə lider banklar müəyyənləşib.
“Yeni Sabah”ın bankların hesabatları əsasında apardığı araşdırmaya görə, bu istiqamətdə ən yüksək göstərici PAŞA Bankda qeydə alınıb.
Bankın digər maliyyə institutlarına verdiyi kreditlərin həcmi 213,464 milyon manat təşkil edib. Dominos pizza
Siyahıda ikinci yeri AccessBank tutub. Bankın bu kateqoriya üzrə kreditləri 164,199 milyon manat olub.
Növbəti yerlərdə isə Bank of Baku -135,587 milyon manat, Xalq Bank - 65,758 milyon manat və son olaraq Bank Respublika - 57,136 milyon manat təşkil edir.
Cəlalə
Telegram kanalımız