25 Sentyabr - 05:06
Altı erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi - Rəsmi

Altı erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi - Rəsmi

Hadisə

23 Sentyabr 2022 19:48 1014


Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil vermişdir. Meyitlərə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Cəsədlərin ərazidə axtarışı davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!