2026-cı ilin ilk 7 ayında ölkədən 165 milyon 250 min dollar dəyərində 46 min 736 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci ilin eyni dövründə isə bu göstəricilər 118 milyon 531 min dollar dəyərində 41 min 764 ton təşkil edib.
Beləliklə, ölkədən satılan alüminiumun miqdarı 11.9% (4 min 971 ton), ümumi dəyəri isə 39.4% (46 milyon 719 min dollar) artıb. Oxşar şəkildə, alüminiumun 1 tonunun orta satılma qiyməti də 2838.5 dollardan 24.6% artaraq 3535.8 dollara yüksəlib. pizza mizza
Eyni zamanda, 2026-cı ilin ilk 7 ayında alüminium ixracının ümumi ixracda payı 0.85%, qeyri-neft sektoru üzrə ixracda payı isə 2.79% olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər müvafiq olaraq 0.78% və 5.68% təşkil edib.
Telegram kanalımız