“Amansız ölüm atama imkan vermədi bunu görsün”  

saytların hazırlanması

Evə çatdırılma

“Amansız ölüm atama imkan vermədi bunu görsün”  

Şou

19 İyul 2024 10:05 689


Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz Rusiyada seriala çəkilir. 

Yenisabah.az xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. O bildirib ki, uzun müddətdir Moskvadadır: 

"İşlərimə ciddi yanaşmaq üçün bir müddət hər şeydən tam uzaq olmağı özümə məsləhət bildim. Yeni mövsümdə çox gözəl yeni işlərlə, lahiyələrlə qarşınızda olacağam. Hazırda Moskvada çoxseriyalı "Qovulmuşlar" serialında rol alıram. Bunu ilk dəfə sizinlə bölüşürəm. Fotoda yanımda dayanan istedadlı Serqey Çekalovdur. O, ekranlardan sevə-sevə rus kanallarında izlədiyimiz bir çox aktyorlarla çalışan, serialların, filmlərin rejissorudur. Belə məsuliyyətli işdə olmağıma görə birinci Allaha təşəkkür edirəm.  pizza mizza

Sadəcə, bir məyusluğum var: çox heyif, amansız ölüm atama izin vermədi uğurlarımı görsün. Çünki çox istəyirdi mənim uğurlarımı görməyi. Amma bir az rahatam ki, arzusu gerçəkləşdi. 

Yeni mövsümdə Azərbaycanda da daha reytinqli layihə ilə qarşınıza çıxacağam". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!