Bu ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manat həcmində 5.305 fırıldaqçılıq halı baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Ölkə daxilində fırıldaqçılıq hallarının məbləği cari ilin I rübü ilə müqayisədə 20,43% azalıb, sayı isə 6.2% artıb. Sezar pizza
Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 33,9%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.
Cari ilin II rübündə həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 93,1%-i, ölkəxarici halların isə 92,8%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb.
Telegram kanalımız