Azərbaycan Milli Elmlər Akademiyası AzTV-də yer almış AMEA ilə bağlı süjet haqqında məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, AMEA-nın bəyanatında deyilir:
"“Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı süjet yer almışdır. Süjetdə, əsasən, AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlər əks olunub, ictimaiyyət nümayəndələrinin Akademiyanın fəaliyyətinə münasibəti televiziya tamaşaçılarının diqqətinə çatdırılıb". pizza mizza
AMEA fəaliyyətində rast gəlinən nöqsanların obyektiv olaraq KİV-də əks olunmasının mövcud problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması baxımından əhəmiyyətli sayıb:
"Süjetdə səsləndirilən iradlar bütövlükdə öz işinə vicdanla yanaşan, bütün ömrünü olduqca ağır və şərəfli bir fəaliyyətə, elmə həsr edən, elmin bu və ya digər sahəsinin inkişafına öz araşdırmaları ilə mühüm töhfələr verən, kütləvi informasiya vasitələrində, o cümlədən Azərbaycan Televiziyasında elmin təbliği və populyarlaşdırılması sahəsində uğurla fəaliyyət göstərən Akademiya əməkdaşlarını və bütövlükdə elmi ictimaiyyəti yeni yanaşmalara sövq edir".
"Ümid edirik ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası, bütövlükdə respublika elmi ictimaiyyəti zamanın ritminə daha adekvat olaraq uyğunlaşacaq, dünən olduğu kimi, bu gün və sabah da yeni reallıqlar şəraitində ölkənin sosial-iqtisadi tərəqqisində və fundamental elmlərin inkişafında yaxından iştirak edəcək", - deyə sonda qeyd olunur.
Telegram kanalımız