Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

Sosial

30 Dekabr 2021 20:35 944


"Ötən müddətdə amnistiyaya düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb".

Yenisabah.az xəbər verir ki, bu sözlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidməti üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb. pizza hut

Hazırda amnistiya qərarının icrası davam edir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Noyabrın 5-də qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!