Amnistiyaya düşən kişi arvadını döydü

saytların hazırlanması

Evə çatdırılma

Amnistiyaya düşən kişi arvadını döydü

Hadisə

22 Oktyabr 2026 18:09 82


Bakıda amnistiya tətbiq edilən kişi həyat yoldaşını döyüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

1983-cü il təvəllüdlü Rəfail İbrahimov 15 il əvvəl ailə qurub. O, 2024-cü ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildə o, həyat yoldaşı ilə boşanıb. 2026-cı ildə Rəfail Milli Məclisin amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, azadlığa çıxandan sonra yenidən həyat yoldaşı ilə barışıb və birgə yaşamağa qərar veriblər. Bir müddət sonra Rəfail yenidən həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində o, həyat yoldaşını döyərək ona bədən xəsarətləri yetirib. Sezar pizza

Hadisə yerinə polis əməkdaşları gəliblər, Rəfail saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.İbrahimova 6 ay azadlığın məhdudlaşdırlması cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!