Goradil qəbiristanlığı yaxınlığında tapılan 2 yaşlı uşağın anasının ondan rəsmi şəkildə imtina etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Körpə hazırda dövlət himayəsinə götürülərək tibbi və psixoloji nəzarət altındadır. Hadisə valideyn imtinasından sonra uşağın hüquqi taleyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Xüsusilə gələcəkdə onun hüquqları və hüquqi statusu necə müəyyən ediləcəyi maraq doğurur.
Bəs valideyn övladından rəsmi imtina edirsə, uşağın hüquqları tam olaraq itirilirmi, yoxsa onlardan bəziləri saxlanılır?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Fazil Mustafa bildirib ki, valideynin uşağa baxmaqdan imtinası onun “dövlət qayğısına ehtiyacı olan uşaq” statusuna keçməsi ilə nəticələnir: Sezar pizza
“Belə hallarda uşağın himayəyə götürülməsini müvafiq dövlət qurumu həyata keçirir və proses məhkəmə qərarı əsasında rəsmiləşdirilir”.
Deputatın sözlərinə görə, valideynlik hüququndan məhrumetmə üçün məhkəməyə müraciət olunur və qərar uşağın maraqları əsas götürülməklə qəbul edilir:
“Uşağın hüquq və təhlükəsizliyi dövlətin nəzarəti altında qorunduğu üçün zərurət yarandıqda valideyni olan uşaq belə məhkəmə qərarı ilə dövlət müəssisələrinin himayəsinə verilə bilər. Əsas meyar onun sağlamlığı və təhlükəsizliyinin risk altında olmasıdır. Əgər ana və ya ata uşağı tərk və ondan imtina edirsə, bu halda müvafiq qərarın verilməsi daha da sürətlənir, çünki uşağın sahibsiz qalmasına yol verilmir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız