Ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin təklif - Video

saytların hazırlanması

Evə çatdırılma

Ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin təklif - Video

Sosial

18 Noyabr 2022 00:23 1022


Azərbaycanda ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin təkliflər edilib.

Belə ki, sosial şəbəkədə kişi tərəfindən verilən elanda təbii donor xidməti təklif olunub.

“Övlad həsrətində olan analar üçün övlad sahibi olmaq imkanı. Həyat yoldaşında problem olan və müalicə olmayan, ya da baha başa gələn xanımlara təbii donor xidməti təklif olunur. Süni mayalanmadan qat-qat ucuz, cəmi iki seansa hamilə qalmaq imkanınız var. Zəmanət verilir, məxfilik, gizlilik qorunur. Əlaqə üçün şəxsiyə yazın”, - deyə elanda qeyd olunub. pizza

Sosial şəbəkələrdə bu tip elanların verilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb və iş üzrə araşdırmalar başlanılıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!