Türkiyə yeni "Anadolu" desant gəmisindən iki dəfə böyük yeni təyyarədaşıyıcı inşa etmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
O bunu Sakaryada idman kompleksinin açılış mərasimində bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, ölkə hakimiyyəti inflyasiyanı daimi olaraq təkrəqəmli rəqəmlərə endirəcək addımlar atmağa davam edir.
O, həmçinin fevral ayında baş vermiş zəlzələlər nəticəsində həlak olanların xatirəsini bir daha ehtiramla yad edib.
Telegram kanalımız