Anaları koronavirusa yoluxan azyaşlılar nəzarətə götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Anaları koronavirusa yoluxan azyaşlılar nəzarətə götürüldü

Sosial

16 Yanvar 2022 14:06 762


Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar: Dördpendirli pizza

"İlkin olaraq  orada  yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli  ünvanda yerləşdiriləcək və daha sonra  onlarla bağlı  müvafiq qərar qəbul ediləcək".

Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.

İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!