Xəbər verdiyimiz kimi, Bakıda qadın körpə övladını qətlə yetirib.
Belə ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza hut
Ananın müzakirələrə səbəb olan bu addımı barədə Yenisabah.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bunun erkən nikahın faciələrindən biri ola biləcəyini deyib:
“Mənə elə gəlir ki, həmin hadisə ananın da dediyi kimi, qadında psixoloji problemin olması ilə bağlıdır. Təbii ki, bu erkən nikahın da fəsadı ola bilər. Bu bir tərəfdən faciədir, digər tərəfdən isə erkən nikahın fəsadını gözlə görmək üçün yaxşı keysdir. İnsanlar görə biləcək ki, erkən evlilik, erkən doğuş psixoloji problemlər yarada bilir. Bunlar ciddi problemlərdir və belə ağır fəsadlar yarada bilir. Əksəriyyət bunun fəsadlarını anlamır”.
Onun sözlərinə görə, ekspertiza ananın psixoloji vəziyyəti barədə mütləq ətraflı məlumat verməlidir:
“Ananın öz övladını öldürməsi mənə elə gəlir psixoloji problemdir. Ola bilsin ki, o, dərmanları səhv salıb, yaxud bunu şüurlu şəkildə edib. Hər bir halda onunla psixoloq danışmalı, eksapertiza rəy verməlidir. O uşaqlığını yaşamayan insandır və hələ də uşaq ağlı ilə düşünür, bəlkə də buna görə öz uşağını öldürüb. Çünki öz uşaqlığını yaşamayan şəxsin uşağa qarşı münasibəti bu cür ola bilər. Mən hesab edirəm ki, bu faciədir və inanmıram ki, kimsə şüurlu şəkildə bunu etsin. Qətiyyən hadisəyə haqq qazandırmıram, amma ekspertiza mütləq ananın vəziyyəti barədə rəy verməlidir”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız