Anar Ağakişiyev: Hansısa paxıl və xain...

saytların hazırlanması

Evə çatdırılma

Anar Ağakişiyev: Hansısa paxıl və xain...

Şou

09 İyul 2026 16:04 53


Anar Ağakişiyev şəxsi kosmetik brendinin onlayn satışı zamanı qarşılaşdığı qəribə kibertəxribat və ona qarşı qurulan bədniyyətli plandan danışıb.

"Yeni Sabah" xəbər verir ki, videoaçıqlama yayan stilist-vizajist "Trendyol" satış platformasında mağazasına qarşı süni maneələr yaradıldığını iddia edib.

Onun sözlərinə görə, kosmetik xəttinə aid ən çox tələbat görən və sürətlə satılan xüsusi rəngli məhsulu qəfil sistemdən itib. A.Atakişiyev bunun arxasında rəqiblərin və ya bədxahların dayandığını bildirib: Dominos pizza

"Hansısa paxıl və xain bir şəxs eyni məhsuldan qəsdən bütöv bir partiya, 50 ədəd sifariş yerləşdirib. Ardınca isə aldığı bütün malların altına bilərəkdən ən aşağı qiymətləndirməni (1 ulduz) yazıb. Platformanın daxili alqoritmi də bu kütləvi mənfi rəyləri real narazılıq kimi qəbul edərək, məhsulun satışını müvəqqəti olaraq dayandırıb".

Uğurlarına mane olmaq istəyənlərə sərt ismarış yollayan A.Ağakişiyev öz markasının keyfiyyətinə tam zəmanət verdiyini vurğulayıb:

"Mənə qarşı qanunsuz hiylə işlədərək önümü kəsməyə çalışdılar. Lakin belə addımlar məni sındırmır, əksinə, daha da gücləndirir. Allaha şükürlər olsun ki, mən öz işimlə çox xoşbəxtəm və elə bir zirvədəyəm ki, aşağıda qalan belə 'mikrobların' etdikləri mənim üçün heç bir əhəmiyyət kəsb etmir".

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!