YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Anar Məmmədovun Azərbaycandan çıxışına “stop” qoyuldu

Anar Məmmədovun Azərbaycandan çıxışına “stop” qoyuldu

Hadisə

29 Sentyabr 2022 20:41 1132


İş adamı Anar Məmmədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb. Proses hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilib.

Dövlət Vergi Xidmətinin məhkəməyə müraciəti əsasında Məmmədov Anar Sədrəddin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Onun “By Mammadov” şirkətinə aid 3700 manata yaxın vergi borcunu ödəmədiyi bəlli olub.

Qeyd edək ki, Anar Məmmədov uzun illər bank və sığorta sektorunda çalışıb. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin elmi işçisidir. Polis Akademiyasında müəllim işləyir. O, sonuncu parlament seçkilərində deputatlığa namizəd olub.Kriminalqafqaz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!