Dünən qəbirstanlıq ərazisində tapılan körpənin "anacığı" tapılıb. Hal hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
"Sual verdim ki, "bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?" Çiyinlərin çəkdi..." - Ağazadə əlavə edib.
Qeyd edək ki, dünən Bakıda Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılmışdı. Bununla bağlı Kəmalə Ağazadə məlumat yaymışdı.
Telegram kanalımız