“Anası üçün darıxmış oğul” fotosu: İslamşünas bu hərəkətə nə ad verdi?

saytların hazırlanması

Evə çatdırılma

“Anası üçün darıxmış oğul” fotosu: İslamşünas bu hərəkətə nə ad verdi?

Sosial

12 May 2026 11:26 141


Sosial şəbəkələrdə yayılmış bir foto müzakirə doğuracaq dərəcədə paylaşılıb. Şəkildə anasının məzarı üzərində yatmış kişi əks olunub. O, “anası üçün darıxmış oğul” kimi təqdim olunub.

“Qəbir üstündə yatmaq və bunu ictimaiyyətə nümayiş etdirmək və s. hərəkətlərin sevgi ilə əlaqələndirmə qeyri-mümkündür”.

Bunu “Yeni Sabah”a islamşünas Fərid Abdullah bildirib. Toyuqlu pizza

“Sözsüz ki, bunu mərhum valideynə sevgi kimi təqdim etmək olmaz. Bu, insanda sual yaradır. Çünki anasını həqiqətən sevən insan belə hərəkətlər etməz.

O qədər valideynini sevən insanlar var ki! Onların heç biri nə qəbirin üstündə yatır, nə də bunu sevginin təzahürü kimi göstərmir”.

F.Abdullah qeyd edib ki, sevginin həqiqi təzahürü odur ki, insan valideyninin günahlarının bağışlanması üçün Allaha dua etsin, onun adına xeyirxah işlər görsün, sədəqə versin, Quran oxusun və savabını ruhuna hədiyyə etsin.

“Yaraşıqlı qəbir düzəltmək və s. uzaqbaşı insanlara nəyisə göstərmək cəhdi kimi görünə bilər. Üstəlik, əgər bir insan bunu edibsə, onu çəkib paylaşmağı niyə özünə zəruri hesab edir?! Hər halda, sevgi daha çox səmimiyyətdə, duada və yaxşı əməllərdə görünməlidir”.

Aytəkin Əzizqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!