Həbsdə olan amerikalı təbilçi Cim Qordon vəfat edib.
Yenisabah.az xəbər verir ki, kəskin şizofreniya diaqnozu qoyulan musiqiçi 77 yaşında həbsxanada ölüb.
C. Qordon 1983-cü ildə anası Osa Mari Qordonı qətlə yetirib. Musiqiçi məhkəmədə bildirib ki, qulağına bunu etməsi üçün səslər gəlib. pizza
Qordon 16 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.
10 dəfə şərti azadlığa çıxması ilə bağlı müraciətlərinə imtina gələn təbilçi son olaraq cəzasını tibb və psixiatriya həbsxanası olan Kaliforniya Tibb Müəssisəsində çəkib.
O, "Layla" hiti ilə məşhurluq qazanıb.
Telegram kanalımız