Hollivud ulduzu Ancelina Coli Los-Ancelesin Los Feliz bölgəsində yerləşən tarixi malikanəsini 24,75 milyon dollara satıb.
“Yeni Sabah” xəbər verir ki, aktrisa 2017-ci ildə Bred Pittdən ayrıldıqdan sonra aldığı mülkü bu ilin mayında 29,85 milyon dollara satışa çıxarıb.
Təxminən dörd ay davam edən prosesin ardından malikanə 24,75 milyon dollara alıcı tapıb. pizza mizza
Təxminən 1020 kvadratmetr sahəsi olan evdə altı yataq otağı, 10 hamam, kitabxana, idman zalı, şərab zirzəmisi, qonaq evi, hovuz və çay evi yerləşir.
Malikanənin bir vaxtlar məşhur rejissor Sesil B. De Millə məxsus olduğu bildirilir.
Coli daha əvvəl ən kiçik övladları 18 yaşına çatdıqdan sonra Los-Ancelesi tərk etmək istədiyini açıqlamışdı. Əkizləri Noks və Vivyenin bu il 18 yaşına çatması ilə aktrisanın şəhərdən ayrılmaq planı yenidən gündəmə gəlib.
Aydan Hacı
Telegram kanalımız