“Ankaranın Bakı-İrəvan siyasəti dəyişməyəcək“ - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ankaranın Bakı-İrəvan siyasəti dəyişməyəcək“ - Erməni politoloq

Rəsmi

15 Mart 2023 16:19 1160


“Türkiyədə hakimiyyət dəyişikliyi olsa belə, bu, Türkiyənin Ermənistanla bağlı siyasətinə təsir etməyəcək”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants deyib.

Onun fikrincə, zəlzələ Türkiyənin potensialını təxminən 20 faiz azaltsa da, ambisiyalarını məhdudlaşdırmasından danışmaq hələ tezdir.

Politoloq hesab edir ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin qalib gəlmək şansı böyükdür:

“Ərdoğanın nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamaq istəyi Qərblə münasibətlərdə yeni böhrana gətirib çıxaracaq və onu Rusiya ilə yaxınlaşdıracaq. 

Həm Ərdoğan, həm də Kemal Kılıçdaroğlu Ermənistan və Azərbaycan məsələsində böyük fikir ayrılığında deyillər. Türkiyə sütunları bərk bir dövlətdir və rejimlərin dəyişməsi xarici siyasətdə 180 dərəcə dəyişikliyə səbəb olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!