İsveç Türkiyənin NATO-ya üzv olmaq üçün irəli sürdüyü bütün tələbləri yerinə yetirib.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.
O bildirib: "Bu yaxınlarda İsveçdə terror təşkilatında hər hansı iştirakın qeyri-qanuni olduğunu göstərən yeni qanun qüvvəyə minib. Beləliklə, biz razılaşmamızın son hissəsini yerinə yetiririk". Toyuqlu pizza
Xatırladaq ki, Türkiyə və Macarıstan İsveçin alyansa daxil olmasına mane olan yeganə NATO üzvüdür. Türkiyənin əsas iddiası İsveçdə terrorçuların olması ilə bağlıdır.
Telegram kanalımız