"Ermənistanın bir sıra media və media resurslarına və onların anti-Rusiya ritorikasına gəlincə, burada açıq-aşkar rusofobik kontekst var və hətta bu, irqçilik həddindədir”.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, həmin KİV-ləri dövlət qurumları və ya icra hakimiyyətinin sıralarında olan şəxslər maliyyələşdirir.
“Belə bir şeyi təsəvvür belə edə bilmirəm... Çox oxuyuram və izləyirəm. Ancaq bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını başa düşürük. Əgər onlar hesab etsələr ki, biz bütün pulu kimin ödədiyini bilmirik, qoy bilsinlər, bilirik”, - deyə Zaxarova vurğulayıb.
Telegram kanalımız