Antiterror tədbirlərində şəhid olanların ailələrinin və yaralanan hərbçilərə dair işlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Antiterror tədbirlərində şəhid olanların ailələrinin və yaralanan hərbçilərə dair işlər açıqlandı

Sosial

04 Noyabr 2023 13:46 661


Artıq antiterror tədbirlərində şəhid olanların ailələrinə Prezidentin aylıq təqaüdünün təyin olunması tam yekunlaşıb, digər sosial ödənişlərin təyinatı və ödənilməsi prosesi isə böyük hissəsi icra olunmaqla davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlik antiterror tədbirlərin nəticəsində şəhid olan və xəsarət alan hərbi qulluqçularla bağlı sosial dəstək tədbirlərinə dərhal başlayıb, hazırda da təxirəsalınmaz şəkildə davam edir: “Həmçinin döyüşlərdə xəsarət almış hərbi qulluqçulara da dövlət icbari şəxsi sığorta üzrə ödənişlərin edilməsi təmin olunur”. Sezar pizza

Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mənzil və fərdi evlərlə, avtomobillərlə təminatı, həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlər qanunvericiliyə uyğun olaraq aparılacaq.

Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Eyni zamanda 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!