Aparıcı Zaur Nəbioğlu parodiyaçı Müşviq Şahverdiyevi efirdə biabır edib.
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, buna səbəb aktyorun "Rəngarəng səhər" musiqili-əyləncəli verilişə söz verib gəlməməsi olub.
Aparıcısı Zaur Müşviqin bu hərəkətindən qəzəblənib: "Müşviqə zəng vurub, efirimizə dəvət etdik. Razılıq verdi. İndi əlimdə tutduğum bu telefonla ona zəng vursam da, cavab vermir. Kim olursansa ol, hansı vəzifədə olursansa ol, illərdir televiziyada çalışırsan. Özünə qarşı bu hörmətsizlik edən qonağına məndən daha sərt reaksiya verərdin. Söz verib, üstündə durmayan insansan. Sən "gələcəyəm" deyib, sonra susub, qorxub bir kənarda itən insansan. Necə ki, sənətdə itmisən". pizza mizza
Verilişin gedişatından aparıcı M. Şahverdiyevin efirə gəlməməsini onun boşanması ilə əlaqələndirib.
Qeyd edək ki, M.Şahverdiyev 2017-ci ildə Aynur adlı xanımla ailə qurub. Onların 2 il sonra ildə bir oğul övladı dünyaya gəlib.
Cültük sonuncu dəfə ötən ilin fevralında Dubayda istirahət zamanı çəkilən fotolarını səhifəsində yayımlamışdı.
Telegram kanalımız