Aparıcı: “Nigar Şabanovaya dedim ki, səninlə dostluğum bitəcək“

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı: “Nigar Şabanovaya dedim ki, səninlə dostluğum bitəcək“

Şou

13 Oktyabr 2022 15:45 1238


Aparıcı Zümrüd Bədəlova Əməkdar artist Nigar Şabanova ilə dostluğuna son qoyub.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, aparıcı müğənnidən incikliyini bu cür ifadə edib:

"Nigar Şabanova aparıcılıq etdiyim "Xəbər-ətər" verilişinin mövsüm açılışının ilk qonağı idi. Xatırlayırsınızsa, digər aparıcılıq etdiyim "Söz-baz" maqazin verişində o, ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar vermişdi. Sezar pizza

Çox gözəl bilirdim ki, onun həyat yoldaşı ilə aralarında problem yaşanır və münasibətləri yaxşı deyil. Amma mən bir dost olaraq ondan bu haqda "Xəbər-ətər"də danışmağı istəsəm də, xahiş etdi ki, danışmayım.

Mən də o mövzunu açmadım. Amma özünə dönə-dönə söylədim ki, əgər sən başqa verilişdə bu mövzunu açıb danışsan, səninlə dostluğum bitəcək.

Mənim efirimdən bir müddət sonra Nigar 2 verilişə ard-arda çıxıb boşandığını açıqladı. Dost sarıdan ona görə bir az şanssızam. Özünün də xəbəri var ki, mən bu səbəbdən onunla olan dostluğuma son qoydum".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!