Aparıcı Putinin əksini sinəsinə döymə etdirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı Putinin əksini sinəsinə döymə etdirdi - Foto

Şou

06 Mart 2024 15:18 934


Bir müddət əvvəl "çılpaq gecə" ilə gündəmə gəlmiş rusiyalı aparıcı Nastya İvleyeva yenidən müzakirə mövzusu olub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan tamaşaçılarına "Oryol i reşka" proqramından tanış olan aparıcı sinəsində Rusiya prezidenti Putinin əksini döymə etdirib.

İvleyevanın bu halını çatdıran foto sosial şəbəkələrdə sürətlə yayılıb və çoxsaylı rəylər doğurub. pizza

Aparıcı qalmaqallı gecədən sonra siyasi və sosial-ictimai qısnama ilə üzləşmişdi. Onun kimi bir çox məşhur şou nümayəndələri "günahdan təmizlənmə" üçün Ukraynadakı rusiyalı əsgərlər üçün pulsuz konsertlər vermiş, yaxud tövbə videoları yaymışdı. 

Nastya İvleyevanın da məlum addımı tövbə, hətta Vladimir Putinə yaltaqlanma kimi yozulub.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!