Aparıcı: Qadın içini gəmirən qurdlara acizanə təslim olur

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı: Qadın içini gəmirən qurdlara acizanə təslim olur

Şou

27 Dekabr 2023 16:30 1202


"Psixoloji məsələ məncə qadının qadına səbəbsiz paxıllığı, gözü götürməməyi, kibri, kini qarşı tərəfin acizliyi, kiçiklik, əziklik kompleksi, gərçək ciddi xəstəlikdir mənə görə".

Yenisabah.az xəbər verir ki, bunu Rövşanə Ağasəfqızı sosial media hesabında yazıb.

Aparıcı qadınların həmcinslərinə qarşı duyduğu paxıllıq hisslərindən söhbət açıb: pizza

"Qadın içini gəmirən qurdlara acizanə təslim olur, özünü onlara yem edir və bütün varlığı ilə sübut edir ki, qarşısındakı qadın hər mənada daha üstün, uğurlu, bacarıqlı, ağıllı və ən vacibi gözəldir. Təbii, bu düşüncəni özünə yaxın qoymasa da, ruhu asta-asta qulağına pıçıldayır və o pıçıltı kabusa çevrilir. Hər dəfə ölür-dirilir.

Qadın pıçıltının məhvedici nəfəsi ilə savaşa da bilmir. Kibrin gəmiriciləri canına daraşıb. Yazıqlığın acı mənzərəsi, bədbəxtliyin rəngli tablosu...

Şair belə aciz o qadının gözünün ilanvari işığını vəsf edə. Rəssam fırçası boynu bükük o qadının paxıllığa təzim edən boynunu rənglərdə göstərməyə. Rəngi, səsi, özü, ruhu da yoxdur o qadının. İndi içində ayrı qadın yaşayır. Nifrət etdiyi qadını zərrə-zərrə öz varlığına, ruhuna hakim kəsib. İndi yaşa kabusunla, zavallı canına susamışlarla. Varlığında at oynadan qadınsa sadəcə gülümsəyir, bu daha dəhşətlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!