Aparıcı Nigar Fərhad qızı Zəhranın fotosunu ilk dəfə sosial şəbəkə hesabında paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, aparıcı paylaşımına uzun qeyd əlavə edib. O, qızı ilə bağlı bunları yazıb:
“Dolça qızım, illər necə belə tez ötüb keçdi... 16 il əvvəl ilk dəfə tibb bacısı mənə Zəhranı gətirib göstərəndə üzü şiş, barmaqları balaca körpəm idi... pizza hut
Sən mənim dünyamsan, bütün varlığımsan... Ağıllı balam.
Bu arada, mən bir az fərqli valideynəm. Bilmirəm düzdür, yoxsa səhv, amma mən hər zaman Zehranın arxasındayam. Məsələn, Amerikada oxuyanda elə olurdu ki, müəllimə qəsdən qiymətini aşağı salırdı. Gedirdim məktəbə, tələb edirdim ki, müəllimə özü girsin müəllimlik imtahanı versin, görüm özü öz sahəsini necə bilir. Və ya kiminləsə nə isə sözü düşərdisə, həmin an qoruyardım.
Demişəm, gələcəkdə də, bilmək olmaz bu həyatı, birdən ailə qurarsan, düşünərsən geri dönüşün yoxdur, yanılırsan. Mən sənə hər zaman hazıram. Nə vaxt görsən ki, süfrədə hörmət sənə deyil, başqasına sərgilənir, o masanı tərk et.
Zəhra Amerika vətəndaşıdır. Həmişə demişəm, ürəyin harada istəyir, orada yaşa, ürəyin necə istəyir, çərçivədən çıxmadan elə də yaşa. Sevgi sözündən qorxma. Düşməndən qorxma. Düşmən – sənə bəlli olan libasdadır. Dostdan qorx, dost yoxdur.
Baxmayaraq ki, 16 yaşı var, mən onunla rəfiqəyəm. Dostam. Onun kimsə xətrinə dəysə, bəlkə də bu dünyanı alt-üst edərəm”.
Nigar Fərhad əlavə edib ki, gələcəkdə də qızına hər zaman dəstək olacaq:
“16 ildə 2 dəfə Zəhraya sərt yanaşmışam. İkisi də Zəhranın təmizürəkliliyindən olub. Mənə rəfiqələrini müdafiə edib. Hər ikisində də sübut etmişəm ki, “rəfiqəni divara dirəsələr, birinci səni vuracaq”.
Ona öyrətmişəm ki, bir az sərt olmaq lazımdır. Bir deyənə beş deyib yerində oturtmasan, elə bilərlər səni məhv edə bilərlər. Bir arzundan ilk dəfə məyusluq yaşayanda vaz keçirsənsə, demək zəifsən, cılızsan!
Mən ona demişəm, yıxılmaqdan qorxma, mən arxandayam, səni qaldıracağam. Düz olsan da, səhv olsan da yanındayam. Mən nəfəs aldığım müddətdə sən düzsən! Çünki o sanki mənim əkizimdir. Onun ədalət hissinə güvənirəm. O, mənim kimidir. Ədalətsizlik gördüyü yerdə mərhəmətlə deyil, vicdanı ilə düşünür”.
Əsmətxanım Rzazadə


Telegram kanalımız