Aparıcı şikayətləndi: Bu marketin pulu yoxdur çek aparatına boya alsın?! - Video

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı şikayətləndi: Bu marketin pulu yoxdur çek aparatına boya alsın?! - Video

Sosial

02 Oktyabr 2023 12:35 641


Aparıcı Kazım Sübhan “Rahat market” supermarketlər şəbəkəsindən şikayətçidir.

Yenisabah.az  xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında paylaşım edib:

K. Sübhan alış-veriş etdikdən sonra ona verilən ƏDV çeklərində 12 simvollu fiskal ID və QR kod keyfiyyətsiz şəkildə çap olunmasında gileylənib: Toyuqlu pizza

“Bir neçə həftədir ki, fikir verirəm ki, “Rahat market” supermarketlər şəbəkəsinin bütün filiallarından alış-veriş etdikdən sonra kassirin təqdim etdiyi çeklərdə ƏDV-ni oxumaq olmur, çünki çap edən aparatın boyası bitib. Bilmirəm, bu oyundur, yoxsa “Rahat market”in pulu yoxdur çek aparatına boya alsın?! Söhbət ƏDV-dən getmir. Çünki ƏDV bizə 20-30 qəpik pul verir. Amma kimin üçünsə bu az məbləğ deyil. Bu da yeni üslubdur “Rahat market”in rahat yolu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!