Aparıcı telekanalı məhkəmədə uddu - Bu qədər pul alacaq

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı telekanalı məhkəmədə uddu - Bu qədər pul alacaq

Sosial

19 Mart 2024 11:51 21444


Tanınmış aparıcı Zamirə Dadaşova ilə "Space" telekanalı arasındakı problem davam edir.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı aparıcı özünün sosial şəbəkə hesabında yazıb:

"Mövzu yenə "Space TV". Sona qədər oxuyun, lütfən. Fevralın 21-də Yasamal rayon məhkəməsinin mənim işə bərpa və əmək haqqımın ödənilməsi ilə bağlı qərarı "Space"in məsul əməkdaşına təqdim olunsa da, məhkəmənin qərarı hələ də icra olunmur. "Space"dən gah zəng etdilər gəlin ərizə yazın işə bərpayla bağlı (qanundan bixəbərdilər, bixəbər), gah dedilər əmək müfəttişliyinə müraciət etmişik, iyul ayında verilən yanlış qərarı ləğv etsinlər, gahları bitmir ki, bitmir... Dominos pizza

Görəsən bir dəfə də olsun dillərinə gətirməsələr də, beyinlərində kaş ki, deyirlərmi? Vəkilim Sadiq Rəsulov əgər birinci günə kimi məhkəmənin qərarının heç olmasa bir hissəsini icra etməsələr, ərizə ilə Ədliyyə Naziri Fərid Əhmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova və Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyliyə müraciət edəcəyimizin qaçılmaz olduğunu bildirdi. Və bu gün biz artıq ərizəylə yuxarıda qeyd etdiyim instansiyalara müraciət etdik. Məcburi icra tədbirlərinə başlanılmasını və eyni zamanda "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinin tələbinə əsasən borclu "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin icra sənədini qərəzli olaraq icra etmədiyinə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etdim.

Vado Karovin işə bərpa ilə yanaşı mənə təxminən 11000 manat məbləğində maaş ödəməlidir. Anlayıram, çətindir sizə bu məbləği ödəmək. İşdən çıxaranda qanunsuzluqlara yol verdiniz, nəticə göz önündədir. Heç olmasa indi Azərbaycan Respulikasının qanunlarına riayət edin! Mənə ödəməli olduğunuz məbləğ bir tərəfə cərimələr ödəyə ödəyə hara qədər gedəcəksiz? Əmək müfəttişliyi cərimələdi indi də Məhkəmənin qanunu qüvvəyə minən qərarını icra etmədiyinizə görə inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Sadəcə insanlıq naminə deyirəm, xəbəriniz olsun. Çünki ətrafınızda olan insanlar qanunları bilmirlər. Bu da məndən Sizə bir yaxşılıq olsun!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arif
    Halal olsun ZAMİRA xanım.Bu qızdan həmişə xoşum gəlib indidə xoşum gəlir.Qızdara savad verin.Savad həm Anadı həm Ata.
    2 years ago
  • Mirzə Yusif
    Zamirə xanım TV-nin "dəmir ledi"sidir. Eyni zamanda,ekrana yaraşıq verən, öz işini peşəkarlıqla görən bir aparıcıdır. "Space"nin başbilənləri belə bir xanım əməkdaşı incidiblərsə, Allah-təalanın qəzəbinə tuş gəlməli idilər...
    2 years ago
  • Mirzə Yusif
    Zamirə xanım TV-nin "dəmir ledi"sidir. Eyni zamanda,ekrana yaraşıq verən, öz işini peşəkarlıqla görən bir aparıcıdır. "Space"nin başbilənləri belə bir xanım əməkdaşı incidiblərsə, Allah-təalanın qəzəbinə tuş gəlməli idilər...
    2 years ago