Aparıcıdan etiraf: “Vaxt məndən sizi oğurladı”

saytların hazırlanması

Evə çatdırılma

Aparıcıdan etiraf: “Vaxt məndən sizi oğurladı”

Şou

06 May 2026 14:10 167


Xoşqədəm Baxşəliyeva sosial media hesabında paylaşım edərək əkizlərini döğum günü münasibətilə təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında yazıb:

“Mənim can parçalarım, Arda və Arınım, bu gün 10 yaşınızı doldurursunuz. On il... Sanki dünən idi ilk dəfə qucağıma alanda titrəyən əllərim. Gözümü qırpdım, siz böyüdünüz. Vaxt məndən sizi oğurlayıb apardı. Toyuqlu pizza

Bu dünya qarışıqdır, əzizlərim.Haqsızlıq da var, ağrı da. Bu dünyada sizi nələr gözləyir? Necə qoruyacam sizi bütün kədərlərdən, pisliklərdən? Bu suallar yuxumu qaçırır.

Amma bir təsəllim var: Dualarım. Gecə-gündüz əllərimi göyə açıb yalvarıram. İnanıram ki, Rəbbim bir ananın yalvarışını geri çevirməz. O, sizin görünməyən qalxanınız olacaq. Hər addımınızda sizi pislikdən, bəladan qoruyacaq.

Sizdən nə istəyirəm? Saraylar, var-dövlət deyil. Tək diləyim var: Sağlam olun. Nəfəs aldığınız hər an üçün şükür edin. Çünki ən böyük zənginlik can sağlığı, ən böyük sərvət hüzurlu bir ürəkdir. Qəlbiniz daşlaşmasın. Nə olursa-olsun, vicdanlı olun. Haqqın yanında durun. Yıxılanın əlindən tutun. Heç bir qüvvə, heç bir şərait ürəyinizdəki mərhəməti öldürməsin. Mərhəmətiniz sizin gücünüz olsun.

Siz mənim bu dünyadakı cənnətimsiniz. Yaxşı ki gəldiniz, yaxşı ki əkiz gəldiniz. Bir-birinizə söykənin, bir-birinizi heç vaxt buraxmayın. 10 yaşınız mübarək, gözümün nuru balalarım.

Sizi canımdan çox sevirəm”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!