"Apple"ın "iPhone"un 20 illiyi münasibətilə təqdim etməyə hazırlaşdığı xüsusi model barədə yeni detallar ortaya çıxıb. İddialara görə, şirkət indiyədək ən böyük ekranlı iPhone modellərindən birini təqdim edə bilər.
"Yeni Sabah" xəbər verir ki, gələn il "iPhone"un 20 illiyi qeyd olunacaq. Məlumata görə, Apple bu münasibətlə Pro seriyasında ciddi dizayn dəyişiklikləri edəcək və yeni modelləri "iPhone 20" adı ilə təqdim edəcək.
Bildirilir ki, etibarlı sızıntı mənbələrindən olan Digital Chat Station şirkətin iPhone 20 Pro Max modeli üçün 6,96 düymlük ekranı sınaqdan keçirdiyini açıqlayıb. Bu ekran hazırkı iPhone 17 Pro Max-dan bir qədər böyük olsa da, telefonun istifadə rahatlığını qorumaq üçün eyni ekran nisbəti saxlanılacaq. pizza sifarişi
İddialara əsasən, yeni model kənardan-kənara uzanan dördtərəfli əyri ekran və fiziki düymələrlə təchiz olunacaq.
Bundan əlavə, iPhone 20 seriyasında ekranaltı Face ID texnologiyasının tətbiq ediləcəyi, yan hissələrdə isə təkmilləşdirilmiş Ceramic Shield qoruyucu örtüyün istifadə olunacağı bildirilir.
Sızıntılarda həmçinin qeyd olunur ki, 20 illik yubileyə həsr edilən modellər 6000 mAh tutumlu batareya və tərs simsiz enerji doldurma funksiyası ilə satışa çıxarıla bilər. Bununla bağlı Apple hələlik rəsmi açıqlama verməyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız