Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşdı

Sosial

23 Aprel 2021 19:40 951


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişini təmin edib.

Fonddan Yenisabah.az-a verilən məlumata görə, aprelin 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!