59 nəfərin diplomu tanınmayıb - Xaricdə təhsil

saytların hazırlanması

Evə çatdırılma

59 nəfərin diplomu tanınmayıb - Xaricdə təhsil

Sosial

05 May 2023 17:36 524


Xaricdə təhsil alanların diplomlarının tanınması ilə əlaqədar aprel ayı üzrə 371 müraciətçinin 312-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

59 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sezar pizza

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 135, Rusiya Federasiyasından 83, Türkiyə Respublikasından 78, Gürcüstandan 35, Birləşmiş Krallıqdan 17, digər ölkələrdən isə 23 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 49, maliyyə üzrə 49, bizensin idarə edilməsi üzrə 38, menecment üzrə 34, beynəlxalq münasibətlər üzrə 18 müraciətçi qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!