Aqil Abbas fala baxır? - Yayılan xəbərlərə REAKSİYA VERDİ

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas fala baxır? - Yayılan xəbərlərə REAKSİYA VERDİ

Sosial

06 Aprel 2024 21:22 3318


Milli Məclisin 71 yaşlı deputatı Aqil Abbasın Baku TV-yə fala baxması ilə bağlı verdiyi müsahibə ictimaiyyətdə müzakirələrə səbəb olub. Bir çoxu millət vəkilinin dediklərini zarafat kimi qəbul etsə də, fala baxdığına inananlar da var.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Aqil Abbas bunun zarafat olduğunu bildirib:

“Belə bir şey yoxdur. Jurnalist xanım qarşıma çıxdı, mən də zarafat etdim. Görünür, camaat belə paylaşımları sevir, maraq göstərir. pizza mizza

Bəyəm, mən falçıyam?! Təəssüf ki, bizdə səmimi zarafatları qəbul edə bilmirlər. Gərək ciddi, kobud olasan, kamera görən kimi qalstukunu düzəldib, yaxanı düymələyəsən. Mən falçıya getmirəm, inanmıram və özüm də falçı deyiləm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!