AQTA yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb.
"Yeni Sabah" xəbər verir ki, söhbət Məlik Bağırzadənin Türkiyədən idxal etdiyi “Cosmoactive İlaç Anonim Şirketi”nin istehsalı olan “Bilgam” adlı bioloji aktiv qida məhsulundan gedir.
Məhsulun etiket məlumatlarında "Vitamin B12" göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib. Dominos pizza
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.
Telegram kanalımız