Yevlaxın Malbinəsi kəndində antisanitar şəraitdə fəaliyyət göstərən pivə istehsalı müəssisəsi aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, AQTA sözügedən müəssisədə plandankənar yoxlama keçirib.
Yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur. pizza
Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş "Jiquli" əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb.
Faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Telegram kanalımız