AQTA kütləvi zəhərlənməyə görə kafeni bağlatdı

saytların hazırlanması

Evə çatdırılma

AQTA kütləvi zəhərlənməyə görə kafeni bağlatdı

Sosial

29 İyul 2026 15:13 84


AQTA Zaqatalada kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

"Yeni Sabah" xəbər verir ki, rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumatlar yoxlanılır.

Araşdırmalar çərçivəsində toyuq dönərindən, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülüb. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. pizza mizza

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, "Real" kafesində hazırlanmış dönərdən 14 nəfər zəhərlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!