Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəmirdən düyü hazırlanması halına rast gəlməyib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib: Toyuqlu pizza
"Hər bir məhsul kimi düyünün də genetik daşıyıcısı var. O plastik və xəmirdən olarsa, DNK-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir".
Telegram kanalımız