Araik Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yollayıb?

saytların hazırlanması

Evə çatdırılma

Araik Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yollayıb?

Rəsmi

01 Mart 2021 21:06 1150


Azərbaycanın 44 günlük müzəffər savaşımızdan sonra birbaşa nəzarət edə bilmədiyi tarixi-hüquqi ərazilərindəki 33 illik qondarma separatçı rejim tör-töküntülərinin rəhbəri  Araik Arutyunyan Qarabağdakı erməniləri Nikol Paşinyanın bu gün İrəvanda keçiriləcək mitinqinə cəlb etmək üçün adambaşı 20.000 dram(təxm. 65 AZN) və nəqliyyat ayırır.

Yenisabah.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Hazırda əsasən Ağdərədə təşkil olunan  prosesin  Araikin yaxın adamı Aleksey Balayan tərəfindən koordinasiya olunduğu bildirilir. Mitinq üçün hələlik 1000 nəfər toplamaq tapşırılıb.

Lakin həm Arutyunyanın mətbuat katibi, həm də A.Balayan bu informasiyanı təkzib edib.

Xatırladaq ki, Paşinyan Ermənistan vətəndaşlarını 2008-ci il mart hadisələrinin növbəti ildönümü münasibətilə bazar ertəsi, yəni bu gün saat 18:30-da keçirilən mitinqdə iştiraka çağırıb. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!