Araikin müşaviri Azərbaycana təslim oldu

Araikin müşaviri Azərbaycana təslim oldu

Bölgə Veb saytların hazırlanması

28 Sentyabr 2023 10:13 5814


Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.

Yenisabah.az xəbər verir ki, bu barədə separatçı özü bildiirb.

"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə, yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim görünməməyim, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, - deyə Babayan qeyd edib. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!