Arayikin Bakıda çəkilən bu şəkli erməniləri dəli etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Arayikin Bakıda çəkilən bu şəkli erməniləri dəli etdi - FOTO

Maraqlı

21 Yanvar 2024 09:30 34819


Xəbər verdiyimiz kimi, Bakıda istintaq altında saxlanılan Qarabağ separatçılarının liderlərinin yeni görüntüləri yayılıb. 

Yenisabah.az xəbər verir ki, görüntülərdə qondarma "respublika"nın sabiq "prezidentləri" Arayik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan sepataçılar yer alıb. Fotolardan separatçı liderlərin öz hallarından məmnun olduqları aşkar görünür. 

Qeyd edək ki, məlum görüntülər sosial şəbəkələrin Azərbaycan seqmetində olduğu qədər erməni seqmetində də müzakirələrə səbəb olub. Yüzlərlə erməni sosial şəbəkə iştirakçısı həmin şəkilləri paylaşaraq, öz münasibətlərini ifadə ediblər.  pizza hut

Yazılan şərhlərdən aydın olur ki, Bakıda çəkilən görüntülər erməniləri sözün həqiqi mənasında dəli edib. Onlar separatçı liderlərin ünvanına nalayiq ifadələr işlətməkdən çəkinməyiblər. Ermənilər ən çox bu sualı verirlər: "Görəsən, Arayik niyə bu qədər xoşbəxtdir?" 

Erməni sosial şəbəkə iştirakçıları Arayik, Saakyan və Qukasyanı "satqın" "ikiüzlü", "qorxaq", "yaltaq", "yala hürən erməni" kimi epitətlərlə "bəzəməkdən" sanki zövq alırlar. Bəzi şovinist ermənilər isə daha da irəli gedərək onları "fahişədən doğulmuş məxluq" adlandırıblar. 

"Bu satqınlar tezliklə Azərbaycanın fəxri vətəndaşı olacaqlar" məzmunlu şərhlərə də rast gəlmək mümkündür. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hafiz
    ,, kişi " kitab oxuyur da.neynir ki? ???? Onlara ömürlük həbs verilmilidir. Qoy ömür boyu oturub tarixi yaxşl- yaxşl öyrənsinlər.
    2 years ago