Araz Ağalarovun Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina edib

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarovun Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina edib

Sosial

23 İyul 2020 22:59 1111


Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında “Eviniz” ticarət mərkəzlərinin rəflərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilərin çıxarıldığını bildirib. 

Yenisabah.az xəbər verir ki, o, belə deyib:

“Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Eviniz” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.

“Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq - hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq - oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər” – bu sözləri isə “Armtorq”un baş direktoru Alexander Babayan RBK-ya bildirib.(oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!