ARB telekanalı yeni sezona fərqli sürətlə gəlir - Video

saytların hazırlanması

Evə çatdırılma

ARB telekanalı yeni sezona fərqli sürətlə gəlir - Video

Şou

06 Sentyabr 2019 15:11 1455


Son vaxtlar sürətlə böyüyən, inkişaf edən, bir çox maraqlı layihələri ilə tamaşaçıların rəğbətini qazanan ARB telekanalı yeni sezona da fərqli sürətlə gəlir.

"Yeni Sabah"ın verdiyi xəbərə görə, ARB-nin Anons qrupunun yeni sezonun əsas verilişləri üçün hazırladığı fərqli üslubdakı anonslar artıq bir müddətdir ki, kanalın efirində yayımlanmağa başlayıb.

Maraqla qarşılanan bu anons roliklərinin çəkilişləri Şəki şəhərində aparılıb. Telekanalın aparıcılarının yer aldığı bu anonsların hər birisi kiçik filmi xatırladır. Anonslar ayrı-ayrı yayımlansa da, hər birində iştirakçıların hansısa qatara tələsdiyi görünür.  Dominos pizza

Söhbətin hansı qatardan getdiyi, həmin qatarda nələrin baş verəcəyi hələ ki, sirr olaraq qalır. Əldə etdiyimiz məlumata görə, bu sirrin üstüyeni sezonun ilk günündə açılacaq.

Qeyd edək ki, ARB Anons qrupunun rəhbəri və Baş redaktoru Sevinc Çılğın, rejissoru isə İlham Yaşaroğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!