Arda Mbappenin qolunu “oğurladı” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Arda Mbappenin qolunu “oğurladı” - VİDEO

İdman

22 Oktyabr 2026 12:13 81


ÇL-in əsas mərhələsinin 3-cü turu çərçivəsindəki "Real Madrid" – "RB Leypziq" qarşılaşmasında maraqlı bir an olub.

“Yeni Sabah” xəbər verir ki, Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan matçda Arda Gülər Kilian Mbappenin qolunu "oğurlamaqla" diqqət mərkəzinə düşüb.

Görüşün 52-ci dəqiqəsində Mbappenin topu başla rəqib qapısına yönəldib. Onsuz da qolla nəticələnmək üzrə olan topa qapı xətti üzərində olan Arda Gülər toxunub. Bununla da o, qolu öz aktivinə yazdırıb.  Pepperoni pizza

Matçdan sonra "Real Madrid TV"yə danışan A.Gülər epizoda zarafatyana münasibət bildirərək Mbappenin qolunu "oğurladığını" etiraf edib. Fransız hücumçunun da bu vəziyyətə anlayışla yanaşdığı və iki futbolçu arasında hər hansı incikliyin olmadığı diqqətə çatdırılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!